Ermənistanda hakimiyyət dəyişir? - Danielyan

29
Yan
2024
13:28

Qarşıda Ermənistanı çox məsuliyyətli və təlatümlü dövrlər gözləyir.

Azreform.info xəbər verir ki, bunu politoloq Stepan Danielyan bildirib.

Onun fikrincə, Ermənistanda hakimiyyətə milli və mühafizəkar qüvvələr gələ bilər.

“Digər tərəfdən, bu, qlobal tendensiyadır, qlobalizm həm mənəvi, həm də iqtisadi cəhətdən itirməkdədir. Qlobal ticarət kommunikasiyaları da uğursuzluğa düçar olur.

İndiki hakimiyyət əvvəlki hakimiyyətlərin dəyər sisteminə sadiqdir. Daha radikal və kinli versiyada... Əvvəlki münasibətlərə və dəyərlərə qayıtmaq mənasızdır", - o qeyd edib.

Politoloq əlavə edib ki, indiki və əvvəlkilərdən fərqli yeni siyasi platforma formalaşdırmaq lazımdır:

"Bir sözlə, bizi qarşıda çox məsuliyyətli və təlatümlü dövrlər gözləyir.

Üstəlik, birləşmiş müxalifət yanlış kateqoriyadır. Birləşmiş müxalifət qeyri-müəyyən bir kütlədir. Aydın mövqeyə malik təşkilatlanmış az güclə də qalib gəlmək olur”.

Mürtəza
Azreform.info