Təyyarə avtomobillə toqquşdu: ölənlər var

28
Yan
2024
22:49

Belçikanın Spa şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

Bu barədə yerli polisə istinadən “Frans Press” agentliyi məlumat yayıb.

“Təyyarədə iki nəfərin həlak olmasına təəssüflənirik. Çox güman ki, eniş düzgün olmayıb”, - polis bildirib.

Qeyd olunub ki, güclü külək səbəbindən pilot təhlükəsiz yerə enə bilməyib.

Təyyarə enərkən uçuş-enmə zolağının yanındakı avtomobilə çırpılıb və partlayıb.

Hadisə yerinə xilasedicilər cəlb olunub.