“Neftçi”dən futbolçuların klubdan ayrılacağı iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

21
Mar
2024
22:35

Son günlərdə mətbuatda mövsümün sonunda “Neftçi”dən ayrılacaq futbolçular barədə xəbərlər yazılır.

“Neftçi” Peşəkar Futbol Klubu bu barədə açıqlama verib.

Bildirilib ki, yayılan bu xəbərlər şayiədən ibarətdir və həqiqəti əks etdirmir.

“Hazırda hər hansı bir futbolçumuzun komandanı tərk edəcəyi ilə bağlı qərar qəbul edilməyib. Cari mövsüm yekunlaşdıqdan sonra oyunçuların göstərdiyi performansa əsasən kimin komandada qalıb-qalmayacağı bəlli olacaq”, - deyə məlumatda bildirilib.