Kadırov İlon Maskdan gileyləndi: "Kişiliyə yaraşan hərəkət etmir"

20
Sen
2024
05:35

Amerikalı sahibkar İlon Mask Çeçenistan rəhbəri Ramzan Kadırova hədiyyə olunan "Cybertruck"ı sıradan çıxarıb.

Azreform.info oxu.az-a istinadən xəbər verir ki, bu barədə Kadırov öz "Telegram" kanalında bildirib.

Onun sözlərinə görə, maşın manevr qabiliyyəti və ekipajın yaxşı müdafiəsi ilə döyüş meydanında özünü göstərib.

"İlon Mask yaxşı iş görmür. O, ürəkdən bahalı hədiyyələr verir, sonra isə onları uzaqdan söndürür. Bu, kişiliyə yaraşan bir hərəkət deyil", - Kadırov şikayətlənib.