"Barselona" yarımçıq heyətlə "Monako" ilə qarşılaşacaq

19
Sen
2024
21:07

Bu gün UEFA Çempionlar Liqasında "Monako" ilə qarşılaşacaq "Barselona"nın heyətində ciddi itkilər var.

Azreform.info Oxu.Az-a istinadən xəbər verir ki, Kataloniya klubunun heyətində Fermin Lopez daha üç həftə yaşıl meydanlara qayıda bilməyəcək. Qavi ən erkən oktyabr ayında yenidən komandaya qatıla biləcək.

Dani Olmo minimum beşhəftəlik müddətə sıradan çıxıb. Ronald Arauxonun isə yanvar ayından tez qayıtmayacağı bildirilib. Andreas Kirstensenin də Arauxo kimi dekabr - yanvar aylarında yaşıl meydanlara qayıdacağı gözlənilir.

"Barselona" klubunda cari zədə hesabatı:

Ansu Fati: Bu gecə "Monako" ilə oyunda meydana qayıda bilər;

Fermin Lopes: Daha üç həftə olmayacaq;

Qavi: Oktyabrda qayıdacaq;

Frenki De Yonq: Komanda ilə məşqlər edir;

Dani Olmo: 4-5 həftəlik sıradan çıxıb;

Ronald Arauxo: Yanvarda qayıtması gözlənilir;

Andreas Kristensen: Dekabr-yanvar aylarında qayıtması gözlənilir.