"Qızıl tac" şadlıq sarayında ÖLÜM

20
Sen
2024
01:07

Bərdə şəhərində orta yaşlı kişi toyda qəfil ölüb.

Azreform.info Modern.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində yerləşən "Qızıl Tac" şadlıq sarayında baş verib.

Toyda iştirak edən 55 yaşlı Goranboy rayon sakini Mobil Nüsrəddin oğlu Əmrahovun qəfil halı pisləşib. Hadisə yerinə Təcili Tibbi Yardım briqadası çağırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma aparılır.