Ronaldo yeni nəslin ən yaxşı futbolçusunu açıqladı

19
Sen
2024
23:07

Portuqaliya millisinin və "Əl-Nəsr" klubunun ulduzu Kristiano Ronaldo "Barselona"nın 17 yaşlı hücumçusu Lamin Yamal haqqında danışıb.

Azreform.info Offsideplus.az-a istinadən xəbər verir ki, o, "Mən Lamin Yamalda böyük istedad görürəm. Əgər onun qarşısına hansısa problem çıxmasa, nəslinin ən yaxşı futbolçulardan biri olacaq" – deyə vurğulayıb.

Bu mövsüm ərzində Yamal 5 oyun keçirərək 3 qol vurub və 4 məhsuldar ötürmə ilə komandasına böyük töhfə verib.