Astarada minik avtomobili dərəyə aşıb, ölən və xəsarət alan var

19
Sen
2024
22:49

Astarada minik avtomobili dərəyə aşıb, ölən və xəsarət alan var.

Azreform.info xəbər verir ki, “Report”un Cənub bürosunun məlumatına görə, hadisə Astara rayonunun dağlıq ərazisində, Üləsi kəndində qeydə alınıb.

Belə ki, Şahin Şiriyevin idarə etdiyi "Toyota" markalı minik avtomobili idarəetmədən çıxaraq 100 metr hündürlükdən dərəyə aşıb.

Qəza nəticəsində sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin Motlayataq kənd sakini 1981-ci il təvəllüdlü Mətləb Vaqif oğlu Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.