Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb - FOTO

19
Sen
2024
18:07

Bakının Nəsimi rayonunda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb.

Bu barədə Azreform.info -a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Hüseyn Seyidzadə küçəsi, körpünün üzərində yol-nəqliyyat hadisəsi baş verib:

"Qəza səbəbindən hər iki avtomobildə yanğın olduğundan, 4-cü mikrorayon istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib".