Azreform.info xəbər verir ki, Hindistanın IDRW (Hindistan Müdafiə Araşdırma Qanadı) portalı bu barədə məlumat yayıb və qeyd edib ki, bu, yerli istehsal olan müdafiə silahlarını beynəlxalq tərəfdaşlara ixrac etmək üçün səy göstərən Hindistan üçün ciddi nailiyyətdir.
“Ermənistanla müqavilə iki ölkə arasında strateji əməkdaşlığa əsaslanır və bu, Hindistanın Ermənistana əsas müdafiə silahı tədarükçüsünə çevrilməsi ilə nəticələnib. 2020-ci ildə Ermənistan Hindistandan 4 ədəd Svati mobil radarları alıb, 2022-ci ilin sentyabrında isə “Pinaka” reaktiv yaylım atəşi sistemləri, tank əleyhinə raketlər və müxtəlif növ sursatların alınması üçün 245 milyon dollarlıq müqavilə imzalanıb”, - qəzet yazır. .