Rusiya Avropada müharibəyə başladı: Hədəfindəki ilk ölkələr

24
Yan
2024
14:28

Rusiya elekton vasitələrdən istifadə etməklə Avropaya müharibəyə başlayıb və bu məqsədlə ilk olaraq Polşa və İsveçi hədəf seçib.

Azreform.info xəbər verir ki, Rusiya Avropanın mərkəzində “Tobol” nəhəng tıxac-elektron aparatını (EWS) yerləşdirməklə Polşa və İsveçin GPS ötürücülərini sıradan çıxarıb.

Qlobal kəşfiyyat inkişaflarını işıqlandıran "İntelligence Online" (IO) nəşrinin yazdığına görə, “Tobol” sistemi Rusiyanın Litva ilə Polşa arasında, Baltik dənizi sahilindəki Kalininqrad şəhərində quraşdırılıb. Bu da Avropa kəşfiyyat təşkilatlarının ciddi narahatlığına və həyəcanına səbəb olub.

Rusiyanın ən məxfi hərbi texnologiya layihələrindən biri sayılan “Tobol” elektron cihazı qurudan və havadan gələn bütün raketlərə qarşı təsirlidir. Digər tərəfdən, sistemdə döyüş təyyarələri, PUA və ya helikopter kimi nəqliyyat vasitələrinin elektron sistemlərini bloklayan və ya sıradan çıxaran bir yer stansiyası da var. 

Qurğunun Avropa ölkələri və NATO üçün ən təhlükəli məqamı isə ondan ibarətdir ki, "Tobol"da peyklərin kosmosdakı məlumat axınını belə əngəlləyə bilən qabaqcıl radar, qarşısının alınması və tıxanma “elektron statik sistemləri” mövcuddur. Rusiya bunu Kalininqradda yerləşdirməkdə məqsədi Qərbin peyk rabitəsini pozmaq və bloklamaqdır. 

"İO"nun yazdığına görə, Rusiya artıq "Tobol"dan Polşaya qarşı istifadə etməyə başlayıb.

"Kalininqradda yerləşdirilən bu sistem yanvarın 18-də işə salınıb və həmin tarixdə Polşanın yarısında GPS məlumatları müəyyən müddətə bloklanıb. Həmçinin bildirilir ki, Rusiya Avropada elektron müharibə fəaliyyətini sürətləndirdiyi üçün Avropa kəşfiyyat təşkilatları əks tədbirlər planlaşdırır", - nəşr yazır.

433749

Mürtəza
Azreform.info