Moldovanın XİN rəhbəri istefa verdi

24
Yan
2024
11:56

Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Nikolay Popesku istefa verib.

Azreform.info xəbər verir ki, bu barədə Popesku yanvarın 24-də mətbuat konfransı zamanı bildirib.

“Mən ölkənin xarici siyasət məqsədlərini uğurla yerinə yetirdikdən sonra baş nazirin müavini və xarici işlər naziri vəzifəsindən istefa verirəm. Lakin vəzifəmi tərk etdikdən sonra da hökumətə və onun komandasına Avropaya inteqrasiya prosesində dəstəyimi davam etdirəcəm”, - deyə Popesku mətbuata açıqlamasında bildirib.