Kanada Ukraynaya 10 kater göndərir

24
Yan
2024
01:14

Kanada hökuməti Ukraynaya 10 çoxhədəfli kater və F-16 qırıcılarının idarə etmək üçün ukraynalı pilotlara təlim keçmək məqsədilə təlimatçılar göndərəcək.

Azreform.info xəbər verir ki, bu barədə Kanadanın milli müdafiə naziri Uilyam Bleyr deyib.

O bildirib ki, katerlərin ümumi dəyəri 20 milyon Kanada dollarından çoxdur.

Belə ki, bu katerlərdən həm qoşunların və yüklərin çatdırılması, həm də kəşfiyyat əməliyyatlarının aparılması üçün istifadə oluna bilər.