Fələstin İsrailə, eləcə də ölkənin Baş naziri Binyamin Netanyahu da daxil olmaqla ayrı-ayrı şəxslərə qarşı sanksiyalar tətbiq etməyə çağırır.
Azreform.info xəbər verir ki, bu haqda Fələstinin xarici işlər naziri Riyad əl-Maliki açıqlama verib.
“Cəzasızlığa son qoyulmalı, cavabdehlik olmalıdır. Əgər bu lazımdırsa, niyə sanksiyalar tətbiq olunmasın?” – o qeyd edib.
Fələstin Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, İsrail öz münasibətini dəyişməli və Fələstin ərazisinin işğal oluna biləcəyini düşünməkdən əl çəkməlidir.
Bundan əlavə, əl-Maliki Fələstin Milli Administrasiyasının Qəzza zolağında ilkin şərt olmadan daimi atəşkəs əldə etmək istədiyini bildirib.