Bakıda parkın hasarlanma səbəbi məlum oldu - AÇIQLAMA

8
Yan
2024
12:28

Bakı şəhərində Yusif Səfərov və Babək prospekti kəsişməsində yerləşən park hasarlanıb.

Azreform.info ”ın məlumatına görə, “Lalə parkı” kimi tanınan ərazi bir müddət əvvəl hasarlansa da, bunun  hansı məqsədlə edilməsi ilə bağlı hər hansı rəsmi açıqlama verilməyib.

Sakinlər isə hasarlanan park sahəsində ağacların kəsiləcəyindən, yaşıllıqların məhv ediləcəyindən narfahatdır.

Hasarlama işlərinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparıldığı məlum olub. Qurumun mətbuat xidmətindən “Azreform.info ”ın sorğsuna cavab olaraq bildirilib ki, hasarlama tıxacın aradan qaldırılması ilə bağlı həyata keşçiriləcək layihə ilə bağlıdır. 

Hansı işlərin görüləcəyi ilə bağlı isə agentlikdən hər hansı məlumat verilməyib və bildirilib ki, layihə hazırlanma mərhələsindədir və hazırlandıqdan sonra məlumat veriləcək.

Könül
Azreform.info