Bakı tamamilə fərqli şəhər olacaq: “Ulduz”da 100 ha-lıq… - ŞƏRH

8
Yan
2024
12:07

Bakı şəhərinin Baş Planı təqdim olunub. Baş Plan “AS+P Albert Speer+Partneer GMBH” şirkəti (Almaniya) tərəfindən Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (DŞAK) sifarişi əsasında hazırlanıb. Əsasən Bakı şəhərinin 2040-cı ilə qədər inkişafını nəzərdə tutan 2020-2027-ci və 2028-2040-cı illəri əhatə edəcək 2 mərhələni nəzərdə tutur. Qeyd olunacaq müddət ərzində ümumilikdə paytaxtın müxtəlif istiqamətli inkişaf-şəhərsalma konsepsiyası üçün nəzərdə tutulan maliyyə vəsaitinin məbləği 93,5 milyard manatdan bir qədər artıqdır. 

Azreform.info ” xəbər verir ki, bunu əmlak sahəsi üzrə ekspert Ramil Osmanlı Baş Planı şərh edərkən deyib. O bildikirb ki, həmin məbləğin 33 milyard manatdan çoxu bilavasitə özəl investisiya mənbələri hesabına, qalan 60,5 milyard manatı isə dövlət (büdcə və s.) və dövlət-özəl maliyyə mənbələri hesabına qarşılanacaq.

Ekspertin sözlərinə görə, Baş Planda infrastrukturla bağlı geniş proqramların nəzərdə tutulması, ictimai nəqliyyatın inkişafı, avtomobilləşmənin təşviqi, alternativ enerjiyə diqqətin artırılması, yaşıl və sağlam ətraf mühitin inkişaf etdirilməsi təqdirəlayiqdir və qeyd olunan rəqəmlər reallaşarsa, 2040-cı ilin Bakısı tamamilə fərqli bir şəhər olacaq:

“Lakin ekosistemin əsas sahələrindən biri olan tikinti sektoru, xüsusilə, mənzil tikintisi deyəsən priorotetlərdən uzaqlaşıb, ya da başqa şəhərlərə doğru uzanıb. Belə olmasaydı, 2027-ci ildə adambaşına düşən mənzil sahəsi 23,6 kv.m-dən cəmi 1,2 kv.m artımla 2040-cı ildə 24,8-də dayanmazdı”.

“Ən maraqlı və layihənin ilkin mərhələsi üçün nəzərdə tutulan “Ulduz” metrostansiyası ətrafındakı 100 ha-lıq sənaye ərazisinin yenidən qurulması və H.Əliyev Beynəlxalq Hava Limanı yaxınlığında yeni xidmət sahələrinin inkişafı ilə bağlı prioritetlərdir. Xüsusilə, “Ulduz” tərəfdəki sənaye istiqamətinin içərisində ölkənin inşaat materialları idxalının azaldılması sənəddə xüsusi olaraq qabardılır, amma bunun təqribən 3-4 kilometr ərazidə yaradılacaq 60 ha-lıq Böyükşor ekoloji parkına uyğun olub-olmaması yaddan çıxarılır”, - deyə R. Osmanlı əlavə edib.

Könül
Azreform.info