Qazaxıstanda zəlzələ olub

7
Yan
2024
09:42

Qazaxıstanın Almatı şəhəri yaxınlığında 4,6 maqnitudalı zəlzələ baş verib.

Azreform.info xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

Zəlzələnin episentri Almatıdan 55 kilometr şərqdə, 10 kilometr dərinlikdə yerləşib.