Sərnişin təyyarəsinin qapısı havada partladı - VİDEO

6
Yan
2024
19:21

ABŞ-nin Oreqon ştatının Portlend şəhərindən Kaliforniyanın Ontario şəhərinə uçan sərnişin təyyarəsində qorxulu anlar yaşanıb. 

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, Alyaska Hava Yollarına məxsus sərnişin təyyarəsinin təcili çıxış qapısı naməlum səbəbdən təzyiqin düşməsi nəticəsində 16 min fut yüksəklikdə partlayıb.

174 sərnişini və 6 ekipaj üzvü təcili vəziyyətdə Portlendə qayıtmalı olub. Təyyarə Portlendə uğurla eniş edib, xəsarət alan olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Billurə