Kim Çen Inın 10 yaşlı varisi: birgə raket isthehsalı zavodunda - FOTO

6
Yan
2024
17:21

Kim Çen In varisi hesab edilən qızı ilə raket buraxılış qurğuları istehsal edən zavoda baş çəkib.

Şimali Koreya lideri Kim Çen In ballistik raketlər üçün mobil raket buraxılış qurğuları istehsal edən zavoda baş çəkib. 

Azreform.info KCNA-ya istinadən xəbər verir ki, Şimali Koreya liderini qızı Kim Cu E və partiya üzvləri müşayiət edib. 

Səfər zamanı Şimali Koreya lideri istehsalın gedişi ilə tanış olub və zavodda istehsal olunan iri reaktiv daşıyıcı raketlərə baxıb. 

Bundan əvvəl Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə namizəd Ço Tae Yonq bildirib ki, onun qızı Kim Cu E KXDR lideri Kim Çen Inın varisi kimi hazırlanır. Onun 10 yaşında olduğu güman edilir və o ilk də dəfə 2022-ci ilin noyabrında atası ilə birlikdə Hwasong-17 qitələrarası ballistik raketinin buraxılışında iştirak edərkən ictimaiyyət qarşısına çıxıb. 

Mürtəza
Azreform.info