İsrailin Tokiodakı səfirliyi yaxınlığında avtomobil nəzarət-buraxılış məntəqəsinə çırpılıb. Təxminən 50 yaşlı sürücü həbs edilib.
Azreform.info xəbər verir ki, bu barədə Yaponiyanın Fuji TV telekanalı məlumat yayıb. Hadisə zamanı bir polis əməkdaşının yaralandığı qeyd edilir.
Yapon mediası da şübhəlinin radikal qruplardan birinin fəalı olduğunu yazır.