Azreform.info 74.ru-ya istinadən xəbər verir ki, əslən Başqırdıstanın Sibaya şəhərindən olan 22 yaşlı İlyuza İsyandavletova Hindistanda keçirilən “Miss Asia” gözəllik müsabiqəsinin əsas tacını qazanıb.
Qalib sosial şəbəkələrdə "İnana bilmirəm. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Məni nəzarətsiz qoymadılar. İndi yarış həftəsi bitdikdən sonra yatmalıyam. Hamıya hind öpüşü" yazıb.