Həmas İsraili işğal etmək üçün bu qədər Toyota cipini necə əldə etdi?

15
Noy
2023
08:18

Azreform.info-nun məlumatına görə yaraqlılar əsasən Hilux pikaplarından istifadə ediblər, bəziləri ağır pulemyotlarla təchiz edilib.

Oktyabrın 7-də terrorçuların İsrail ərazisinə soxularaq qətliamı həyata keçirdikləri Toyota avtomobillərinin hamısı Afrika və Ərəbistan yarımadasından Qəzzaya gəlib. Bu məlumatı iqtisadi nəşr olan Calcalist dərc edib. 

Məlumat Toyota-nın İsrailə rəsmi idxalçısı olan Union Motors-un cavabına əsaslanır. Şirkət izah etdi ki, nəşrdən sorğu aldıqdan sonra Yaponiyadakı əsas istehsalçıya müraciət etdilər.