Azreform.info modern.az-a istinadən xəbər verir ki, bunu müdafiə və təhlükəsizlik sahəsində mülki nəzarət üzrə koordinator Nazeli Movsesyan Panorama.am-a açıqlayıb. Onun sözlərinə görə, həmin rəqəm Müdafiə Nazirliyinə, Baş Prokurorluğa ünvanlanmış sorğulara verilən cavablar və kütləvi informasiya vasitələrində dərc edilmiş yazılar nəticəsində ümumiləşdirib.
“Sentyabr ayı üzrə olan rəsmi rəqəmlərə görə, Silahlı Qüvvələrdə 72 ölüm halı qeydə alınıb. Səbəblərə gəlincə, atəşkəs rejiminin pozulması nəticəsində 19 hərbçi döyüş şəraitində, 55 nəfər isə qeyri-döyüş şəraitində həlak olub”, - deyə Movsesyan bildirib.
O, müqayisə üçün deyib ki, ötən ilin yanvar-oktyabr ayları ərzində 56 ölüm faktı qeydə alınmışdı, onlardan da 14-ü döyüş şəraitində, 42-si qeyri-döyüş şəraitində baş verib.
“Başqa sözlə, 2023-cü ildə qeyri-döyüş şəraitində ölənlərin sayı 31 faiz artıb. Buna səbəb yanvar ayında Azat kəndinin sığınacağında baş vermiş yanğın nəticəsində 15 hərbçinin həlak olmasıdır. Bu onu göstərir ki, təhlükəsizlik qaydalarına riayət olunması üçün müvafiq alt strukturların olmaması ilə bağlı böyük problem var”, - Nazeli Movsesyan deyib.
Ekspert ordudakı intihar hallarının artmasından narahat olduqlarını vurğulayıb.
“Bu il ərzində bizdə artıq 9 intihar hadisəsi qeydə alınıb, 2022-ci il ərzində isə 6 hadisə qeydə alınmışdı. Bu, çox ciddi problemdir, orduda nizam-intizamdan kənar münasibətlərin nəticəsidir. Belə hallar da buna uyğun araşdırılmalıdır, halbuki statistika halların davam etdiyini göstərir, çox təəssüf ki, sayı artır.
Bu ilin 10 ayı ərzində 3 əsgər yoldaşları tərəfindən qəsdən öldürülüb. 2022-ci ildə də 3 qətl hadisəsi qeydə alınmışdı.
Müdafiə və təhlükəsizlik sahəsində mülki nəzarət üzrə koordinator Müdafiə Nazirliyinin silahlı qüvvələrdə qurbanların, intiharların və qətllərin sayını gizlətməkdə suçlayıb.