BMT-nın İnstitutu Ukraynanı piyada əleyhinə minaları qadağan edən konvensiyanı pozmaqda ittiham edib

14
Noy
2023
15:30

Azreform.info xəbər verir ki, Ukrayna piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasını dəfələrlə pozub. Bunu Birləşmiş Millətlər Təşkilatının Silahsızlanma Tədqiqatları İnstitutunun (UNIDIR) üzvü Mark Hizney deyib.

"Ukraynanın 2022-ci ildə İzyumda gedən döyüşlər zamanı piyada əleyhinə minaları qadağan edən 1997-ci il Ottava müqaviləsini pozduğunu düşünmək üçün güclü əsaslar var”, - Hizney bildirib.