Avropa Komissiyası (AK) Gürcüstanın siyasi kursunun dəyişdirilməsini tələb edərək, rəsmi Tiflis ilə Avropa İttifaqına (Aİ) qəbulla bağlı danışıqlara başlamaq üçün tövsiyə verməkdən yayınıb.
“Azreform.info ” xəbər verir ki, bu barədə bəyanat AK-nın namizəd ölkələrin Aİ-yə gedən yolda genişlənməsi və tərəqqisinə dair Brüsseldə dərc olunan illik hesabatında yer alıb.
“Əgər Gürcüstan Aİ-yə gedən yolunu sarsıdan kursunu dəyişməsə və islahatların həyata keçirilməsində Aİ-nin narahatlıqlarına cavab vermək üçün aydın səylər nümayiş etdirməsə, AK Gürcüstan ilə danışıqlara başlamaq tövsiyəsini nəzərdən keçirmək iqtidarında olmayacaq”, - sənəddə deyilir.
AK-nin tövsiyəsi namizəd ölkənin qəbulu üçün danışıqlara başlamaq məsələsində əsas addımdır.
AK-dan vurğulanıb ki, Gürcüstan xarici siyasət üzrə Aİ qərarlarının cəmi 49 %-ni yerinə yetirir və bu göstəriciyə görə 10 namizəd dövlət arasında sondan əvvəlki yeri tutur.