Goranboyda qəza - ana və oğlu xəsarət aldı

30
Okt
2024
22:56

Goranboy rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Azreform.info xəbər verir ki, Səfikürd kəndində 2 avtomobilin toqquşması nəticəsində 1981-ci il təvəllüdlü M.Məmmədova və oğlu, 2001-ci il təvəllüdlü S.Məmmədov xəsarət alıb.

Zərərçəkənlər Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.