Astarada avtomobil piyadanı vuraraq öldürüb.
Azreform.info "Report"a istinadla xəbər verir ki, hadisə Çayoba kəndində baş verib.
Belə ki, avtomobil Nazim Zahir oğlu Baxşıyevi vurub. Xəsarət alan N.Baxşıyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.