Türkiyə Cümhuriyyətinin 101-ci illiyi ilə bağlı Trabzonda qəbul təşkil olunub

30
Okt
2024
19:48

 

29 Oktyabr Türkiyə Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə Trabzon valisi Əziz Yıldırım və xanımı Güllühan Yıldırımın ev sahibliyi ilə ziyafət mərasimi keçirilib.

Qarnizon komandirinin müavini Briqada generalı İsmayıl Yayan, Trabzon Baş prokuroru Sedat Çelik, İl Təhlükəsizlik Müdiri Murat Esertürk, İl Jandarma Komandiri, Briqada generalı B. Murat Yakın, CHP Trabzon Millət vəkili Sibel Suiçmez, İYİ Partiya Trabzon Böyükşəhər Millət vəkili Ahmet Yabancı, Trabzon Böyükşəhər Millət vəkili Ahmet Yabancı Gəncin qatıldığı mərasimə, KKTC, İran, Rusiya Gürcüstan konsulları və Avrasiya.net-in Qara dəniz bölgəsi üzrə təmsilçisi Elnur Bağırovla yanaşı çox sayda protokol üzvü, şəhid ailələri, qazilər, Qeyri-hökumət təşkilatlarının nümayəndələri və vətəndaşlar qatıldı.

Vali Yıldırım çıxışında Türkiyə Cümhuriyyətinin 101 il ərzində əldə etdiyi inkişaflarla millətin gələcəyə inamla baxdığını bildirib. Cümhuriyyətin Qurtuluş Döyüşündə verilən fədakarlıqların və Atatürkün liderliyi ilə qazanılan müstəqillik mübarizəsinin nəticəsi olduğunu vurğulayan Yıldırım, gələcəyin keçmişdən alınan dərslərlə qurulmasının vacibliyinə diqqət çəkib. O, türk millətinin dili, dini, mədəniyyəti, tarixi və hörmətli kimliyi ilə güclü gələcəyə doğru addımladığını bildirib.

Onun çıxışından sonra Cümhuriyyətin 101-ci ildönümü ilə bağlı tort kəsilib. Vali Yıldırım və xanımı Güllühan Yıldırım qonaqları bir-bir salamlayıb, onlara diqqətlə yanaşıb, Cümhuriyyət bayramı coşğunu paylaşıblar. Bu xüsusi gecə Cümhuriyyətin yaranmasının ildönümü ilə bağlı qürur və birlik hissini gücləndirən bir xatirə kimi iştirakçıların yaddaşında həkk olundu.