Baydendən Gürcüstan bəyanatı

30
Okt
2024
11:07

ABŞ gürcü xalqını və Gürcüstanın suverenliyini, ərazi bütövlüyünü və Avro-Atlantik istəklərini dəstəkləməsinin uzun tarixi var. 

Azreform.info xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenin bəyanatında deyilir.

Bayden verdiyi bəyanatda parlament seçkilərinə baş verən qanun pozuntularından və müstəqil vətəndaş cəmiyyəti təşkilatları üçün məkanı məhdudlaşdırılmasından narahatlığını ifadə edərək Gürcüstan hökumətini bütün seçki pozuntularını şəffaf şəkildə araşdırmağa, bütün siyasi qüvvələrlə dərhal dialoqa başlamağa çağırıb.

"Biz bütün tərəfləri Gürcüstanın Avro-Atlantik gələcəyinin əsası olan qanunun aliliyinə və fundamental azadlıqlara ciddi şəkildə hörmət etməyə çağırırıq”, - bəyanatda qeyd olunub.

Mürtəza
Azreform.info