Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Azreform.info xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda iranlı Poya Marz ilə üz-üzə gəlib.
Görüş 1:1 hesabı ilə başa çatsa da, xalların keyfiyyətinə görə E.Əzizli qalib gəlib. Bununla da o, karyerasında 4-cü dəfə dünya çempionatında qızıl medala yiyələnib.