İsrailin Təl-Əviv şəhərindəki Ben Qurion hava limanının əsas terminalı 5 ay müddətinə beynəlxalq reyslərə bağlı olacaq.
Azreform.info xəbər verir ki, bu barədə İsrailin dövlət televiziyası KAN məlumat yayıb.
Hava limanının bağlanmasına səbəb isə beynəlxalq aviaşirkətlərin Tel-Əvivə uçuşları dayandırmasıdır.
Bu səbəbdən də noyabr ayından martın sonuna kimi hava limanının əsas binasının beynəlxalq reyslərə bağlı olacağı bildirilib.
Sonuncu olaraq Almaniyaya məxsus Lufthansa aviaşirkəti də Yaxın Şərqdəki hadisələrə görə Tel-Əvivə uçuşların ləğvini noyabrın 25-dək uzaddığını açıqlayıb.
Mürtəza
Azreform.info