24 oktyabr - 4 noyabr tarixlərində Polşanın Raşin şəhərində keçirilən ağırlıqqaldırma üzrə gənclər və 23 yaşadək atletlər arasında Avropa birinciliyi davam edir.
“Azreform.info ” xəbər verir ki, yarışda Azərbaycan yığma komandasının üzvləri də çıxış edirlər.
Bu gün Ravin Alməmmədov körpücük üzərinə çıxıb. 81 kq çəki dərəcəsində yarışıb.
Atletimiz birdən qaldırma hərəkətində 151 kq-ı ram edib və bu hərəkətdə Avropa birincilyinin ən yaxşısı olub.
O, təkanla qaldırma hərəkətində 187 kq-ı başıüz üzərinə qaldırıb və bu hərəkətdə gümüş medala sahib çıxıb. Ravin Alməmmədov toplam 338 kq (151+187) nəticə ilə yekun sıralamada da gümüş medal qazanıb.