Pensiya sistemimiz dünyada ən humanist pensiya sistemidir - Sahil Babayev

21
Noy
2024
16:07

“Pensiyaların diferensiallaşması ilə bağlı məsələyə mənfi yanaşırıq. Yəni daha az pensiya alanın pensiyasının daha çox, daha yüksək pensiya alanın isə pensiyasını daha az indeksasiya edilmə prinsipi ədalətli yanaşma deyil”.

Azreform.info xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Mili Məclisdə deputatların qaldırdığı məsələyə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, mövcud yanaşma daha humanist və ədalətli yanaşmadır. “Biz bu prinsipdən yanaşaraq tamam fərqli bir metodikanı seçərək minimum pensiyanı artırmaq yolunu seçdik. Əgər minimum pensiyanı artırmasaydıq, o zaman bu gün 300 min şəxs 110 manatdan çox  pensiya ala bilməyəcəkdi. Amma biz minimum pensiyanı 3 dəfəyədək artımaqla 280 manata qaldırmışıq”, - nazir qeyd edib.

Pensiyaya çıxmaq üçün 25 illik iş stajına gəldikdə nazir deyib ki, Azərbaycanın pensiya sistemi dünyada ən humanist  pensiya sistemi olduğu kimi, ən böyük amnistiya verilən sistemdir: “Əgər vətəndaş pensiya fonduna 1 qəpik köçürübsə belə, o, minimum pensiya almaq hüququnu əldə edir”.

Mürtəza
Azreform.info