Fidan da təkzib etdi: Onlar Türkiyəyə köçməyib

23
Noy
2024
22:14

Türkiyənin xarici işlər naziri Hakan Fidan da HƏMAS Siyasi Bürosunun Qətərdən Türkiyəyə köçməsi ilə bağlı iddiaları təkzib edib.

Azreform.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

“Biz artıq bu şayiələri təkzib etmişik, HƏMAS Siyasi Bürosu Türkiyəyə köçməyib”, - Fidan bildirib .

Qeyd edək ki, “Tayms of İsrail” HƏMAS-ın yüksək rütbəli rəsmilərinin Qətəri tərk edərək Türkiyəyə yerləşdiklərini yazmış, Türkiyə XİN isə təkzib etmişdi.