İranın yeni paytaxtı ilə bağlı daha bir AÇIQLAMA

24
Noy
2024
02:28

Hazırda paytaxtın Tehrandan köçürülməsi ilə bağlı iddialar xəyaldır və bunun tezliklə reallaşması mümkün deyil.

Azreform.info Axar.az-a istinadla xəbər verir ki, bunu İran parlamentinin İctimai Komissiyasının üzvü Əhməd Fatimi deyib.

O, bundan əvvəl Simnan şəhərinin paytaxt seçilməsi ilə bağlı planların olduğunu xatırladıb:

"Bu şəhər paytaxt üçün daha uyğun seçimdir".

Qeyd edək ki, bir neçə gün əvvəl İran Prezidenti Məsud Pezeşkian ölkənin paytaxtının Tehrandan köçürülməsi planının hazırlanmasına başlandığını açıqlayıb.

Prezident planın hazırlanmasına məsul olaraq birinci müavini Məhəmməd Rza Arifi təyin edib.