Netanyahu ölkəmizə gəlsə, həbs olunacaq - Petro

24
Noy
2024
00:14

Kolumbiyanın təhlükəsizlik qüvvələri İsrailin Baş naziri Benyamin Netanyahunu Latın Amerikası respublikasına səfər edəcəyi təqdirdə, Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbs edəcək.

Azreform.info xəbər verir ki, bunu Kolumbiya Prezidenti Qustavo Petro deyib.

"Biz Beynəlxalq Cinayət Məhkəməsinin qərarına hörmət edirik, əgər Netanyahu və onun müdafiə naziri Kolumbiyaya səfər edərsə, biz onları həbs edəcəyik”, - Petro bildirib.