Sentyabrın 6-da Fələstinlilərə dəstək nümayişinə qatılan ABŞ vətəndaşı Ayşenur Ezgi başından güllə yarası alaraq ağır yaralanıb. Fələstin xəstəxanasında həkimlərin müdaxilələrinə baxmayaraq Ayşenur Ezginin həyatını xilas etmək mümkün olmayıb.
Azreform.info xəbər verir ki, əslən türkiyəli olan Ayşenurun cənazəsinin Fələsətindən Türkiyəyə gətirilməsində Azərbaycanın da xüsusi rolu olub.
Türkiyə-Azərbaycan-İsrail arasında aparılan danışıqlar nəticəsində İordan çayının qərb sahilində dinc nümayiş zamanı İsrail əsgərləri tərəfindən qəsdən hədəfə alınaraq öldürülən Türkiyə vətəndaşı Ezginin cənazəsi sentyabrın 12-də Təl-Əvivdən Bakıya gətirilib.
Ezginin cənazəsini Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı və səfirliyin əməkdaşları qarşılayıblar. Ezginin cənazəsini Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı və səfirliyin əməkdaşları qarşılayıblar. Ayşenur Ezginin cənazəsi gecə saatlarında Azərbaycanın paytaxtı Bakıdan İstanbula göndərilib. Ezgi bu gün Türkiyədə Didimdə dəfn ediləcək.
Qeyd edək ki, Ezgi, Fələstin torpaqlarının İsrail tərəfindən işğalına qarşı dinc və sivil üsullarla fələstinlilərə dəstək verən Beynəlxalq Həmrəylik Hərəkatının könüllüsü və hüquq müdafiəçisi olub.
Mürtəza
Azreform.info