Məşhur qapıçı karyerasını sonlandırdı

13
Sen
2024
08:21

Rumıniya milli komandasının sabiq qapıçısı Çiprian Teteruşanu karyerasını sonlandırıb.

Azreform.info "Report"a istinadən xəbər verir ki, son mövsümü Səudiyyə Ərəbistanının "Abha" kollektivində keçirən 38 yaşlı qolkiper futbolla vidalaşıb.

Qeyd edək ki. karyerasına "Yuventus" (Buxarest) klubunda başlayan Teteruşanu İtaliyada "Fiorentina", "Milan" Fransada isə "Lyon" və "Nant" kimi klubların formasını geyinib.