Fernandesin sürücülük hüququ əlindən alındı

13
Sen
2024
04:35

Çelsi”nin futbolçusu Entso Fernandesin sürücülük hüququ əlindən alınıb. 

Azreform.info ” xəbər verir ki, buna səbəb argentinalı yarımmüdafiəçinin cəzalarının çoxalmasıdır.

“Çelsi”nin üzvü yol hərəkəti qaydalarını pozduğu üçün dəfələrlə cəzalanıb. Onun cərimələri 3000 funt-sterlinqdən çoxdur və ödənilməyib.

Bu səbəbdən futbolçunun İngiltərədə avtomobil idarə etməyi qadağan olunub. Fernandes yalnız 2025-ci ildə sükan arxasına əyləşə biləcək.