Avqustun 23-də saat 18 radələrində Zaqatala rayonu ərazisində “Opel” markalı avtomobil “BMW” ilə toqquşduqdan sonra ağaca çırpılıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, nəticədə “Opel” də olan sərnişinlər - 1979-cu il təvəllüdlü Telman Mirzəbəyov və 1987-ci il təvəllüdlü Sərcahan Musayeva aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.