Balıq tutmaq üçün istifadə etdiyi qarmaq ölümünə səbəb oldu

15
İyn
2024
21:49

Kür çayında balıq tutan şəxs bədbəxt hadisə nəticəsində aldığı xəsarətdən dünyasını dəyişib.

Azreform.info xəbər verir ki, hadisə Kür çayının Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü O.Mamayev qardaşı ilə birgə ehtiyatsızlıqdan yıxılıb və balıq tutmaq üçün nəzərdə tutulan metal qarmaq onun ürəyinə batıb. O, aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.