Energetik içkilərdən istifadə məsələsi digər problemlərin miqyasından kiçikdirmi, yaxud problem deyilmi?! Əksinə, daha böyük problemdir. Ancaq heç vaxt qabardılmır və qeyd edilmir. Nəyə görə? Çünki bunun satışı leqaldır.
Bu sözləri həkim Rövşən Kərimli narkotiklə mübarizə ilə bağlı təşkil olunan tədbirdə çıxış edərkən deyib.
“Energetik içkilərin tərkibində olan taurin, kofein və s. maddələr çox güclü asılılıq yaradır. İstifadəçilərin ən azı 25 faizində daimi kofein istifadəsinə gətirib çıxarır ki, bu da gələcəkdə amotivasiya sindromuna səbəb olur. Şəxs onu qəbul etmədikdə heç bir həyatı funksiyanı yerinə yetirmək qabiliyyəti olmur və astenik vəziyyətə düşür”, – mütəxəssis bildirib.
Həkim çıxışının davamında misal olaraq vurğulayıb ki, bununla bağlı xəstəxanaya müraciət edən pasiyentdə kəskin qaraciyər çatışmazlığı aşkarlanıb.
R.Kərimli qeyd edib ki, həyati risk baxımında energetik içkilər narkotik maddələrdən daha təhlükəlidir.(tempinfo.az)