Başınağacının (Kalina) meyvəsi ən faydalı qidalar arasında yer alır.
Medicina.az xəbər verir ki, bu meyvə ürək problemlərindən tutmuş böyrək xəstəliklərinə qədər bir çox ciddi tibbi vəziyyət zamanı köməyə gələ bilər.
Onun sakitləşdirici təsiri var. Bu bitki böyrək daşını əritməsi və ağrı kəsici xüsusiyyətləri ilə diqqət çəkir.
Bitkinin qırmızı, top kimi, salxım formalı meyvələri var. Acı dadı olan başınağacı meyvəsi adətən şirəsi hazırlanaraq istehlak edilir. Ondan kompot və ya mürəbbə hazırlamaq da olar.
Kalinanın sağlamlığa mübət təsirlərini belə sıralamaq olar:
Böyrək sağlamlığı: böyrəklərin sağlam fəaliyyətini dəstəkləyir. Böyrək qumu və ya böyrək daşı kimi problemlərin müalicəsində təsirlidir.
Sakitləşdirici effekt: əsəb və stress səbəbiylə yaranan yuxusuzluğa yaxşı təsir edir. Rahat bir yuxu təmin edir.
Ürək-damar sağlamlığı: damarlarda yüksək təzyiqi azaldaraq ürək-damar xəstəlikləri riskini aradan qaldırır.
Menstrual ağrılara təsiri: menstruasiya zamanı şiddətli ağrıları aradan qaldırır.
Sidikqovucudur: bu təsiri sayəsində bədəndən artıq suyu çıxararaq ödem və şişkinliyi yox edir.
Bağırsaq sağlamlığı: bağırsaqların nizamlı işləməsini dəstəkləyir və qəbizliyin qarşısını alır.
Dəri problemləri: sızanaq və qara nöqtələr kimi dəri problemlərini azaldır.
Meyvənin sağlamlığa faydalarından yararlanmaq üçün onu müntəzəm olaraq istehlak etmək lazımdır. Hər səhər və axşam yeməkdən əvvəl və ya sonra bu meyvənin şirəsindən 1 stəkan içmək məsləhətdir. Bu sayədə bitkinin faydalarından maksimum dərəcədə faydalanmaq mümkündür.