Osteoporoz bütün dünyada milyonlarla insana təsir edən və xüsusilə yaşlılarda müşahidə olunan sağlamlıq problemidir.
Medicina.az xəbər verir ki, elmi araşdırmalar gavalının sümük sağlamlığını dəstəklədiyini və osteoporozun qarşısını aldığını göstərir.
Gavalı kalium, K vitamini və bor kimi sümük sağlamlığını dəstəkləyən mühüm minerallarla zəngindir. Qurudulmuş gavalı sümük və əzələ toxumasını gücləndirir.
Pensilvaniya Universiteti tərəfindən aparılan bir araşdırma gündə 5 ədəd quru gavalı yeməyin sümük sıxlığının itirilməsinin qarşısını aldığını və sümük sınıqlarının nisbətini 50 faiz azaltdığını üzə çıxarıb.
Qara gavalı liflə zəngin olmaqla yanaşı, antioksidan xüsusiyyətləri ilə də diqqət çəkir. Bu xüsusiyyətlər sümük toxumasının qorunmasına və güclənməsinə kömək edə bilər. Xüsusilə postmenopozal dövrdəki qadınlarda görülən sümük mineral sıxlığı itkisinin qarşısını almaqda təsirlidir.
Yaşlılıqda osteoporoz riski artır. Gavalı istehlak etmək bu riski azaltmaqda təsirli rol oynaya bilər. Gavalıların tərkibindəki fenolik birləşmələr və bor elementi sümük sağlamlığını qoruyan xüsusiyyətlərə malikdir.
Bütün bu xüsusiyyətlərinə görə gavalı sümüklər üçün ən faydalı qidalardan biri hesab edilən qatıqdan belə daha güclü təsirə malikdir. Ekspertlər qurudulmuş gavalının qatıqdan 10 qat daha təsirli olduğunu bildirirlər.
Qurudulmuş gavalını qəlyanaltı əvəzinə yeyə və ya ondan kompot hazırlayaraq istehlak edə bilərsiniz.