Bu tərəvəzlər insan orqanizmi üçün təhlükə saçır - Ekspertdən xəbərdarlıq

4
İyn
2024
17:28

Son günlərdə tərəvəzlərlə bağlı narazılıqlar intensiv hal alıb. Əsasən xiyar və pomidor məhsullarından şikayətlənən alıcılar bu məhsullarda ənənəvi dadın olmamasından və yad bir qoxunun olmasından şikayət edirlər.

Mövzu ilə bağlı Azreform.info -a açıqlama verən qida mütəxəssisi İlkin Şirinov maraqlı faktlar açıqlayıb.

O bildirib ki, torpaq və günəşlə əlaqəsini itirən bu tərəvəzlər insan orqanizmi üçün heç vaxt faydalı qida sayıla bilməz.

“Belə ki, xüsusi istixanalarda yetişdirilən bu cür məhsullar gündəlik qidalanmanın ayrılmaz hissəsinə çevrilib. İstixana şəraitində yetişdirilən bu pomidorların xarici görünüşü göz oxşasa da, tərkibində faydalı maddələrin olması əvəzinə orqanizmə zərər verəcək kimyəvi dərman yığını var. Bu səbəbdəndir ki, bu cür məhsullar insan orqanizmində onkoloji, ürək-damar, ağciyər xəstəlikləri yarada bilir. Mövsümündən əvvəl satışa çıxarılan meyvə və tərəvəzlər istixanalarda istifadə olunan kimyəvi maddələrin daşıyıcısıdır. Bu cür məhsullar kal formada yığılır satış məntəqələrinə çatdırılma müddətində yetişmir sadəcə yetişmiş forma alır. Səbəb isə çox sadədir.

İstixanalarda məhsullar yetişmiş formada yığılarsa, tez bir vaxtda xarab olması ilə nəticələnə bilər. Çünki süni şəraitdə yetişdirilən bu cür məhsulların tərkibinə vurulan hormonlar və kimyəvi maddələr normadan bir neçə dəfə artıqdır.

Qışda əksəriyyət insanlar pomidor və xiyar yeyərkən balıq dadını hiss edirlər. Balığın soyuğa davamlı olduğunu nəzərə alıb, pomidor və xiyar məhsullarına balığın genini vurmaqla soyuğa davamlılıq yaradırlar. Ona görə də hər bir meyvə-tərəvəzi mövsümündə yemək daha faydalıdır”, – mütəxəssis bildirib.

Qarpız və yemiş məhsullarının da artıq satışa çıxarıldığını bildirən mütəxəssis allergiyası olan insanlara azyaşlılara və hamilə qadınlara bu məhsullardan istifadə etməməyi tövsiyə edir: "Çünki havaların yenicə isinməsini nəzərə alsaq bazara çıxan qarpız və yemişin günəş işığı ilə heç bir əlaqəsi yoxdur. Bu məhsullarda azot gübrəsinin həddindən artıq çox olması insan sağlamlığında fəsadlar yarada bilər".