“Fürsət düşsə, əvvəlki klubuma qayıdardım” - “Neftçi”nin futbolçusu

23
Apr
2024
19:00

“Neftçi”nin futbolçusu Yuri Matias Rumıniyanın “ÇFR Kluj” klubunun onunla maraqlanması haqda yayılan xəbərlərə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, müdafiəçi Rumıniyanın “Prosport” nəşrinə açıqlama verib.

O, müsahibəsində fürsət olduğu halda Rumıniyaya qayıdacağını deyib: “Xəbərləri izləyirəm, “ÇFR Kluj”a qayıtmağımla bağlı heç nə bilmirəm. Amma, futbolda hər şey mümkündür. Bilirəm ki, məni “ÇFR Kluj” və ümumilikdə Rumıniyada dəyərləndirirlər. Odur ki, fürsət düşsə, əlbəttə ki, ora qayıdardım. Göründüyü kimi, hazırda komandanın durumu yaxşı deyil. Ümid edirəm ki, bu klub yenidən güclü olacaq. Superliqada hər oyunu izləyirəm, Rumıniya çempionatından xəbərdaram. Bildiyiniz kimi, mən də rumın dilini öyrənmişəm, Orada çoxlu dostlarım var”.

Y.Matias “Neftçi” barədə də fikirlər səsləndirib: “Neftçi”yə gəlincə, özümü burada yaxşı hiss edirəm. Demək olar ki, hər matçda oynayıram. Bu mövsüm artıq “Qarabağ”la çempionluq uğrunda mübarizə aparmaq şansımız yoxdur, ona görə də ikinci yeri hədəfləyirik. Bunun üçün də çalışırıq”.

Xatırladaq ki, Yusi Matias “Neftçi”yə ötən yay “ÇFR Kluj”dan keçib.