Geyindiyi köynəyə görə 14 aylıq həbs olundu - FOTO

20
Sen
2024
11:28

Çində 27 yaşlı gənc geyindiyi qısaqol köynəyə görə, 1 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb onun geyiminin üzərində yazılan sözlər olub.
Hadisə Çinin Honq Konq Xüsusi İnzibati Bölgəsində baş verib.

Belə ki, Çu Kay-ponq adlı şəxs iyunda metro stansiyasında üzərində “Azad Honq-Konq, dövrümüzün inqilabı” şüarı yazılmış köynək geyindiyinə görə saxlanılıb.

Onun həmçinin “5 tələb 1 əskik deyil” mənasına gələn “FDNOL” yazılmış maska taxdığı bildirilib.

Həmin sözlərin 2019-cu ildə ölkədə başlayan və aylarla davam edən genişmiqyaslı etirazlar zamanı istifadə edildiyi bildirilib. Buna görə də Çu Kay-ponq insanları üsyana təşviq etmək ittihamı ilə saxlanılıb.
O, dindirilmə zamanı etirazları insanlara xatırlatjmaq üçün belə bir geyim seçdiyini deyib.
Mart ayında qəbul edilmiş yeni yerli milli təhlükəsizlik qanununa əsasən Kay-ponq günahkar bilinərək 14 ay həbs cəzasına məhkum edilib.

Məlum olub ki, 27 yaşlı gənc daha əvvəl də eyni şüarlı köynək geyindiyi üçün 3 ay həbs cəzası alıb.

Billurə Yunus