ABŞ-nin səhiyyə sistemi sonuncu yeri tutdu

20
Sen
2024
10:42

ABŞ-də Birlik Fondu 10 inkişaf etmiş ölkənin səhiyyə sistemlərini müqayisə edib.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, müqayisə hesabatında səhiyyədə bərabərlik, müalicə müddəti, qayğının davamlılığı, inzibati səmərəlilik və sağlamlıq nəticələri daxil olmaqla beş əsas sektordan 70 meyar nəzərdən keçirilib.

Məlum olub ki, amerikalılar digər ölkələrin əhalisindən 2 dəfə çox ödəniş etməsinə baxmayaraq səhiyyə sistemi sonuncu yerdədir.

Kanada, Fransa, Almaniya, Hollandiya, Yeni Zelandiya, İngiltərə, İsveç və İsveçrə də hesabata daxil edilib. Ən yaxşı performans göstərən üç ölkə müvafiq olaraq Avstraliya, Hollandiya və Böyük Britaniya olub. Sonrakı yerlərdə Yeni Zelandiya, Fransa, İsveç, Kanada, İsveçrə və Almaniya dayanıb.

Billurə