I Qarabağ müharibəsində itkin düşən hərbçi Mübariz Məmmədov dəfn olunub

20
Sen
2024
12:07

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən Məmmədov Mübariz İlyas oğlu dəfn olunub.

Azreform.info -ın "Report"a istinadən xəbərinə görə, şəhid Keşlə qəbiristanlığı Şəhidlər Xiyabanında Dövlət Himinin sədaları və yaylım atəşi altında torpağa tapşırılıb.

Mərasimdə şəhidin yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, M.Məmmədov 1966-cı ildə Tovuzda anadan olub. 1992-ci ildə şəhid olan mərhumun nəşinin qalıqları Ağdam rayonun Sırxavənd kəndində aşkarlanıb.