Konduktorluq edən qız necə millinin kapitanı oldu? - VİDEO

22
Apr
2024
22:35

Futbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin kapitanı kapitanı Sevinc Cəfərzadə arzularına çatmaq üçün çox çətinliklərlə üzləşib.

Onun uğurunun arxasında böyük zəhmət və mübarizə dayanır.

Sevinc Lənkəranın Viravul kəndində böyüyüb. Uşaqlığı çətin keçib, atası avtobus sürücüsü olub, onun yanında "konduktor” işləyib.

Qoyun otarıb, elə futbol bacarığını da o zaman kəşf edib. Heç bir çətinlik Sevincin futbolçu olmasına mane olmayıb.